“Rəqibimiz Azərbaycan futbolunun flaqmanıdır. Qurban Qurbanov isə ən güclü məşqçilərindın biridir. Bizə sadəcə Allah kömək etdi”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının XX turunda “Qarabağ”ı 2:1 hesabla məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Türkmənistanlı mütəxəssis lider üzərində qələbəni belə şərh edib: “Uşaqlara təşəkkürümü bildirirəm ki, ağır ev oyundan sonra belə vacib matçda qalib gəldilər. Son ana qədər mübarizə apardılar. 2:5 hesabı ilə uduzduğumuz “Kəpəz”lə oyundan sonra futbolçuların hər biri ilə fərdi danışdım. Yanaşmanı dəyişmək lazım idi. Oyunçularım da məni eşitdi. “Kəpəz”lə keçirdiyimiz son oyun ən pis oyunumuz idi. İstər müdafiə, istərsə də standartlar üzərində ciddi hazırlaşırıq. Sadəcə, ötən oyunda boşluğumuz oldu. “Qarabağ”la qarşılaşmaya isə xüsusi çalışmışdıq”.
70 yaşlı mütəxəssis ardıcıl 3 oyundur “Qarabağ”ı məğlub etməsinin səbəbindən və etdiyi dəyişikliklərdən də danışıb: “Qurban Qurbanov kimi güclü baş məşqçinin çox az zəif tərəfi olur. Çalışdıq ki, yaxşı oynayıb qələbə qazanaq. Bəzi dəyişikliklərimiz oldu. Bu gün Veysəl Rzayev çox yaxşı çıxış etdi. Akademiyada həm sağ, həm də sol cinahda oynayıb. Bacarıqlı futbolçudur. Adətən hakimliklə bağlı sualları cavablandlrmıram. Bu gün penalti epizodu vardı, amma təyin edilmədi. Epizodu yaxından görməmişəm deyə, penalti barədə dəqiq danışa bilmərəm”.