09:39
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Neymar Junior Braziliya "Santos"unun bir addımlığındadır.

Teleqraf.com xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.

Onun sözlərinə görə, "Santos" artıq 33 yaşlı hücumçu ilə şifai razılıq əldə edib. Hazırda klublar arasında danışıqlar aparılır.

Səudiyyə təmsilçisi qış transfer pəncərəsində Neymarla yollarını ayırmaq qərarını verib.

Qeyd edək ki, Neymar Junior "Santos"un yetirməsidir. O, 2003 - 2013-cü illərdə bu klubun sistemində olub. Braziliya millisinin üzvü cari mövsüm ərzində meydanda olduğu 5 oyunda 2 məhsuldar ötürmə müəllifi olub.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər