Belarus prezidenti Aleksandr Lukaşenko Aİ-nin bütün ölkələri ilə dialoqa hazır olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Belarus lideri ölkəsinə qarşı aqressiv davranan ölkələrlə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Lukaşenkonun sözlərinə görə, Minsk heç vaxt Qərblə dialoqdan imtina etməyib və həmişə buna hazır olub.
Yanvarın 24-də Lukaşenko administrasiyası bəyan edib ki, Aİ Belarusda seçicilərə təzyiq göstərməyə çalışır.
Bu gün Belorusda prezident seçkiləri keçirilir. Mərkəzi Seçki Komissiyası Lukaşenko da daxil olmaqla beş namizədi qeydə alıb.