Afinadakı mitinq zamanı jurnalist yaralanıb.
Teleqraf.com xəbər verir ki, söhbət Yunanıstan Fotoqraflar İttifaqının sabiq prezidenti Mariosa Losesdən gedir.
Mitinqi dağıtmaq üçün polis gözyaşardıcı qazdan və xüsusi qumbaralardan istifadə edib. Bu partlayıcı qurğular ölümcül olmasa da, insana işıq və səs effektləri ilə təsir göstərə bilər.
Qumbaranın qəlpələri Lososa dəyərək, onu yaralayıb.