Belarus prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində səs verib.
Teleqraf.com xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
"Lukaşenko prezident seçkilərində səs verib", - məlumatda deyilir.
Bu gün Belarusda prezident seçkiləri keçirilir. Saat 8:00-dan 20:00-dək açıq olacaq seçki məntəqələri panik düymələri və videomüşahidə sistemləri ilə təchiz olunub. Ölkədə 5 mindən çox seçki məntəqəsi, o cümlədən bir sıra sosial obyektlərdə: xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində təchiz olunmuş seçki məntəqələri təşkil edilib.