Ötən il əvvəlki illə müqayisədə 3432 (9,3%) fakt cinayət az qeydə alınıb. 2024-cü ildə ölkə ərazisində 33 min 379 cinayət qeydə alınmaqla, onların 87,6 faizinin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 17 min 155 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1086-sı prokurorluq orqanlarında isintaq edilib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev geniş kollegiya iclasında səsləndirib.
O qeyd edib ki, bu müddət ərzində prokurorluq orqanları tərəfindən 928 şəxs barəsində 735 cinayət işi, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 14 min 983 şəxs barəsində 13 min 551 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq, baxılması üçün məhkəmələrə göndərilib.