ABŞ və Latın Amerikası arasında müharibə təhlükəsi var.
Teleqraf.com xəbər verir ki, istefada olan ABŞ kəşfiyyatçısı Skott Ritter öz sosial şəbəkə hesabında belə yazıb.
O bildirib ki, Vaşinqton Latın Amerikası ölkələrinə qarşı aqressiv siyasət həyata keçirir.
Ekspert deyib ki, gözlənilən müharibədə Kolumbiya, Venesuela, Panama, Kuba və Meksika ABŞ-yə qarşı birləşəcək və nəticədə Birləşmiş Ştatların Silahlı Qüvvələrinin cənub komandlığı bu qüvvələrin öhdəsindən gələ bilməyəcək.