05:17
259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ mallarına vergi tətbiq etmək barədə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında yazıb.

Siyasətçinin sözlərinə görə, ABŞ-dən ixrac olunan məhsullara 25% vergi tətbiq ediləcək.

Bundan başqa, o, məlum səbəblərdən qiyməti qalxmalı olacaq həmin məhsulları yerli istehsalla əvəzləməyin zəruri olduğunu da bildirib. Prezident qeyd edib ki, hökumət bunun yolları barədə düşünəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər