2024-cü ildə dünyanın 85 ölkəsində 242 milyon şagird təbii fəlakətlərə görə məktəbə getməyib.
Teleqraf.com xəbər verir ki, BMT Uşaq Fondunun (YUNİSEF) yeni hesabatında belə deyilir.
Hesabata görə, orta təhsil sahəsinə ən böyük ziyanı istilər vurub. Bu səbəbdən xüsusən də Cənubi Asiyada həm kiçik, həm də böyük siniflərdə dərsləri dayandırmalı olublar. Cənubi Asiyada 128, Hindistanda 54, Banqlandeşdə 35 milyon uşaq məktəbdən qalıb.
Qurumun proqnozlarına görə, yaxın illərdə istiləşmə güclənəcək, bu isə milyonlarla şagirdin dərsdən qalmasına səbəb olacaq.