01:26
278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Polşaya müraciət edərək ölkəsinə qarşı sanksiyaları ləğv etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Lukaşenkonun sözlərinə görə, polyaklar həmişə belaruslarla, ruslarla və Baltikyanı ölkələrlə burada yaşayacaqlar. Eyni zamanda o, Polşanın Litva və Ukrayna ilə o qədər də yaxşı münasibətlərə malik olmadığını bildirib .

“Biz bunu görürük. Bu nəyə lazımdır? Avropada ABŞ-nin qalası olmaq istəyirsiniz? Çox boş yerə. Polyaklar bu siyasəti dəstəkləməyəcək”, - siyasətçi yanvarın 26-da Belarusda keçirilən prezident seçkilərində səs verdikdən sonra mətbuat konfransında davam edib.

Lukaşenko deyib ki, əgər Polşa “tamamilə yaxşı olmaq” istəyirsə, o zaman Belarusa qarşı sanksiyaları ləğv etməlidir. O, həmçinin Varşavanı Minsklə əməkdaşlığa çağırıb .

Yanvarın 26-da Lukaşenko Polşanı Belarusa qarşı müdaxilə hazırlamaqda ittiham edib . Onun sözlərinə görə, Polşa hakimiyyəti belarus müxalifətçilərinin hazırlanması üzərində işləyir.

Lukaşenko həmçinin bildirib ki, Varşava Belarusa qarşı ən aqressiv aparır. O vurğulayıb ki, Polşa Belarusdan “hətta bir metr ərazi” də ala bilməyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər