26 Yanvar 16:00
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Minski satın almayacaq, Belarus isə heç vaxt Çin əleyhinə siyasət aparmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

"Niyə bu gün Çinə qarşı mübarizə aparmalıyıq və Çin xalqına, Çin rəhbərliyinə qarşı bir növ siyasət aparmalıyıq? Bu heç vaxt olmayacaq və ABŞ məni satın almayacaq”.

Bundan əvvəl o, Belarusun Qərb ölkələri, o cümlədən ABŞ ilə Minski maraqlandıran sahələr üzrə dialoq apardığını və razılıq əldə olunarsa, tərəflərin əməkdaşlıq edəcəyini bildirib.

Lukaşenko qeyd edib ki, Belarus iqtisadi əlaqələri əsasən Şərqdə inkişaf etdirir, lakin Qərb ölkələrində Minsklə əməkdaşlıqda maraqlı olan işgüzar dairələr var.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər