Belarusda prezident seçkiləri baş tutmuş elan edilib.
Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bunu Belarus Mərkəzi Seçki Komissiyasının sədr müavini Aleksey Başan deyib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 13:00-a olan məlumata görə seçici fəallığı 56,64% təşkil edib.
Bu gün Belarusda prezident seçkiləri keçirilir. Saat 8:00-dan 20:00-dək açıq olacaq seçki məntəqələri panik düymələri və videomüşahidə sistemləri ilə təchiz olunub.
***
Belarusda prezident seçkiləri üçün seçki məntəqələri açılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
"Ölkə üzrə səsvermə məntəqələri səhər saat 8:00-da açılıb", - agentliyin açıqlamasında deyilir.
Belarusda 5325 seçki məntəqəsi, o cümlədən bir sıra sosial obyektlərdə: xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində yaradılıb. Qərb ölkələri ilə münasibətlərin pisləşməsi fonunda dövlət üçüncü ölkələrdə seçki məntəqələri təşkil etməyib.