26 Yanvar 18:44
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlk yarıda standart vəziyyətdən qol buraxdıq. İkinci hissədə ona görə 4 əvəzetməni birdən etdik. İmkan olsaydı, 5-ni də edərdim”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XX turunda səfərdə “Araz-Naxçıvan”a 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis məğlubiyyəti belə şərh edib: “Bəzən futbolçunun genetik bacarığına görə oyun üslubu seçirik. Mövsümün ortasına gəlmişik, əlimizdəki futbolçulardan lazımi səviyyədə yararlanmaq istəyirik. Əlimizdəki bu qədər legioneri vaqonla qaytaracağımızı və yerliləri meydana buraxmaqla onlara üsyan etdiyimi soruşursunuz. Vaqonla, təyyarə ilə geri qaytarılacağına yayda baxacağıq. Meydanda 7 yerli futbolçunun olması heç nəyə üsyan deyil. Gələn həftə 11 yerli ilə də çıxa bilərik. Hücum etməkdə problemlərimiz var. Bunları aradan qaldırmağı düşündük. Ona görə 4 əvəzetməni birdən etdik. Birinci hissəni qapıya zərbə vura bilmədik. Bunlar narazı olduğum məqamlardır. İkinci hissədə əvəzetmələr bir qədər effekt verdi. Problemlərin nədən irəli gəldiyini bilirəm, həll etməyə çalışırıq".

Abasov heyətə yeni oyunçular cəlb edəcəklərini bildirib: "Transfer pəncərəsi”nin bağlanmasına qədər danışıq aparacağımız futbolçular var. Kubok oyununa yaxşı hazırlaşacağıq. Murad Məmmədov da oyundan qorxdu. Ramil Şeydayev də arxaya gəldi. Məşqlərdə etdiyimizin əksini göstərdilər. Fillip Ozobiç pis deyil. Amma xroniki problemləri var. Bu gün “10” nömrə profilində tək oyunçumuz Ozobiçdir".

Baş məşqçi rəqiblərin "Neftçi"yə qarşı fərqli yanaşdıqlarını vurğulayıb: "Bu istək “Neftçi” ilə oynayan bütün komandalarda var. “Sabah” bizimlə oyunda çox istəkli idi, amma “Sumqayıt”a qarşı nə cür çıxış etdi. Halbuki əvvəldən deyirdim ki, yüz faiz udacaq. Tamam başqa oyun gördük. Bu, futbolçuların “Neftçi”yə qarşı olan əzmindən irəli gəlir”.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər