26 Yanvar 18:59
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya və İsveç arasında dənizaltı fiber optik kabel xarici təsir nəticəsində zədələnib.

Teleqraf.com xəbər verir ki, bu barədə Latviya Dövlət Radio və Televiziya Mərkəzi (LVRTC) məlumat yayıb.

Kabelin əhəmiyyətli dərəcədə zədələnməsi, xarici müdaxilə barədə düşünməyə imkan verir.

LVRTC hadisə ilə bağlı Latviya Hərbi Dəniz Qüvvələrini xəbərdar edib. Portal qeyd edir ki, onlar da öz növbəsində insidentlə bağlı NATO müttəfiqləri, o cümlədən İsveçlə əlaqə saxlayıblar və daimi məlumat mübadiləsi aparılır.

Latviyanın Baş naziri Evika Silina kabelin zədələnməsi ilə bağlı məlumatla əlaqədar məsul nazirlik və xidmətlərin iclasını çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər