Amerika hökuməti bir müddət əvvəl Kaliforniyada güclü meşə yanğınları ilə mübarizə aparan əməkdaşlara öz ərizələri ilə işdən çıxmağı təklif edib.
Teleqraf.com xəbər verir ki, yanğınsöndürənlər qurumdakı kütləvi ixtisarlar ərəfəsində belə bir təklif alıblar.
"Washington Post" yazır: "Təklif müxtəlif sahələrdə çalışan dövlət işçiləri arasında narahatlıq yaradıb, federal meşə yanğınsöndürənləri xüsusilə məyusluğa uğrayıblar. Onların çoxu Kaliforniya tarixindəki ən dəhşətli yanğınla mübarizədən sonra yenicə özlərinə gəlirdilər" .
Məqalədə deyilir ki, Los-Anceles yanğınsöndürənlərindən biri bunu "sillə" adlandırıb.