07:46
224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latın Amerikasının, Afrikanın və Cənub-Şərqi Asiyanın bəzi dövlətləri biləşərək, Fələstini və onun müstəqilliyini dəstəkləyən "Haaqa qrupu"nu yaradıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Boliviyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: "Boliviya, Beliza, Kuba, Kolumbiya, Honduras, Malayziya, Namibiya, Seneqal və CAR Haaqada "Haaqa qrupu"nu təsis ediblər".

Qrup üzvlərinin imzaladığı müştərək deklarasiyada deyilir ki, bu ölkələr beynəlxalq hüquq və ədalət prinsiplərinə sadiqdirlər.

"Haaqa qrupu" "Fələstinin işğal altında olan torpaqlarında baş verənlərə görə günahkarları həbs olunmasını" tələb edir.Qrup üzvləri sonadək Fələstin xalqının özünüidarəetmə hüququnun reallaşması və müstəqil dövlətinin qurulması üçün mübarizə aparacağını bildirirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər