03:56
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axtarış-xilasetmə qrupları sərnişin təyyarəsi ilə vertolyotun toqquşduğu yerdə, Potomak çayında qəzaya uğramış təyyarənin qalıqlarını araşdırarkən bir meyit tapıblar.

Teleqraf.com xəbər verir ki, bu şəxsin təyyarənin və ya vertolyotun sərnişini olmadığı bildirilir.

Axtarış-xilasetmə qrupları meyiti çayda qəzaya uğramış təyyarənin qalıqlarını araşdırarkən tapıblar.

"Newsweek"-in məlumatına gör, meyit Vudro Vilson körpüsü yaxınlığında aşkar edilib. İlkin ehtimallara görə, həmin şəxsin ölümü aviaqəza ilə bağlı deyil.

Rəsmilər ölümün hadisə ilə əlaqəli olmadığını bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər