06:31
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Hökumətin effektivliyinin arıtrılması üzrə qurum rəhbəri İlon Mask ölkənin Maliyyə Nazirliyinin ünvanına ittiham səsləndirib.

Teleqraf.com xəbər verir ki, Mask bu barədə sosial şəbəkə hesabında yazıb.

Mask bildirib ki, rəhbəri olduğu qurum Maliyyə nazirliyinin fırıldaqçılara və terror təşkilatlarına pul köçürmələrini təsdiqlədiyini aşkar edib.

Onun sözlərinə görə, sözügedən nazirlikdə çalışan rəsmi şəxslərə bütün hallarda köçürmələri təsdiqləməklə bağlı təlimat verilib. Buraya eyni zamanda məşhur fırıldaqçıların və terror təşkilatlarının hesabları da daxildir.

Maks vurğulayıb: "Mövcud olduğu müddət ərzində onlar bir dəfə də olsun ödəmələrə məhduyyət qoymayıblar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər