ABŞ-də azı 40 min dövlət işçisi Donald Tramp administrasiyasının işdən çıxmaqla bağlı təklifini qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "CNN" telekanalı Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Telekanalın mənbəsinin sözlərinə görə, ən azı 40 min insan 8 aylıq maaşı öncədən almaqla öz istəkləri ilə istefa verməyə razı olublar.
"CNN" qeyd edir ki, təxminən 2 milyon dövlət qulluqçusu belə bir təklif alıb.