Argentina hakimiyyəti yetkinlik yaşına çatmayanlar üçün cinsiyyətin dəyişdirilməsi əməliyyatını qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Argentina prezidenti Xavyer Maylinin ofisinin yaydığı bəyanatda deyilir.
"Prezident Javier Miley yetkinlik yaşına çatmayanların cinsiyyətinin dəyişdirilməsi əməliyyatı və terapiyasını qadağan etmək qərarına gəlib. Onlar geri dönməz proseslərlə bağlı qərarlar qəbul etmək üçün lazım olan yetkinliyə malik deyillər.
Böyük Britaniya, İsveç, Finlandiya və son zamanlar ABŞ kimi ölkələrdə uşaqlarda cinsiyyətin dəyişdirilməsi qadağan edilib. Argentinada da bu addımın atılmasının vaxtı gəlib çatıb", - deyə məlumatda bildirilir.