12:32
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının PKK terror təşkilatı ilə bağlı çağırışı son dərəcə vacibdir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Baxçalının çağırışlarını son dərəcə əhəmiyyətli hesab edirəm. Böyük siyasi riskə getdiyini görürük. Ölkənin rifahı üçün edilən bir fədakarlıq nümunəsi ilə qarşılaşırıq. Klassik siyasi dildən uzaqlaşaraq, ölkənin ümumi mənafeyini nəzərə alaraq tutduğu mövqe önəmlidir. Əsl millətçilik də budur.

Terror məsələsi dövlət orqanlarının çox diqqətlə məşğul olduğu bir məsələdir. Terrorsuz Türkiyə mövzusunda prezidentimiz çox həssasdır. Heç nəyi şansa buraxmaq lüksümüz yoxdur. Gələ biləcək müsbət töhfələr işimizi asanlaşdıracaq. Mümkün olan hər üsuldan istifadə edərək, terrorla mübarizə aparmalıyıq.

Prezidentimizin liderlik keyfiyyətləri burada üzə çıxır. Zaman-zaman dialoq lazımdırsa, dialoq, mübarizə lazımdırsa, mübarizə. Bu mübarizəni apara bilmək son dərəcə vacibdir”, - nazir vurğulayıb.

Xatırladaq ki, bundan öncə MHP sədri PKK lideri Abdullah Öcalanı rəhbərlik etdiyi terror təşkilatını buraxmağa çağırıb. Həbsdə olan Öcalan çağırışa müsbət cavab verib. PKK-ya bağlı Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) həmsədri Tuncər Bakırhan dünən təşkilat liderinin bununla bağlı yaxın günlərdə çağırış edəcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər