08:20
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya ilə münasibətlər mürəkkəb olsa da, Yaponiya sülhün əldə olunmasına və ərazi probleminin həllinə sadiqdir".

Teleqraf.com xəbər verir ki, bunu Yaponiya hökumətinin baş katibi Yoşimasa Hayaşi bildirib.

Onun sözlərinə görə, Yaponiyanın Baş naziri Şiqeru İşiba videomüraciətlə çıxış edərək Tokio ilə Moskva arasında münasibətlərin çətin durumda olduğunu bildirəcək. "Lakin hökumət bu vəziyyəti həll etmək istəyir", -deyə baş katib bildirib.

Ötən ilin oktyabr ayında parlamentdəki çıxışında Yaponiyanın Baş naziri Rusiya ilə “ərazi problemini” həll etmək niyyətində olduğunu bəyan edib. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər “ağır vəziyyətdədir”, lakin sülh müqaviləsinin bağlanması istiqamətində kursun davam etdirilməsi zəruridir. Eyni zamanda, Tokio Moskvaya sanksiya təzyiqindən əl çəkmək niyyətində deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər