07:11
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna rəhbərliyi xalqın maraqlarını təmsil etmir".

Teleqraf.com xbər verir ki, bunu Rumıniya prezidentliyinə namizəd, Avropa Parlamentinin deputatı Diana Sosoaka deyib.

Onun fikrincə, Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün Ukraynanın nəzarətindən çıxmış ərazilərin taleyi ilə barışmaq lazımdır. Burada söhbət təkcə Rusiyanın deyil, həm də Rumıniyanın tarixi ərazilərindən gedir.

O, bildirib ki, Ukraynanın qanuni nümayəndələri Rusiya Federasiyası ilə danışıqlar masası arxasına əyləşməlidir.

"Ölkənin hazırkı rəhbərliyi artıq Ukrayna xalqının maraqlarını təmsil etmir və seçkilər sonsuza qədər təxirə salınıb ki, Zelenski əvəz oluna bilməsin" - xanım siyasətçi deyib.


Müəllif: Arzu

Oxşar xəbərlər