07:34
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın şimalında yağan güclü qar nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan biri ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi jurnalistlərə bildirib.

Qeyd edək ki, Yaponiyanın şimalında güclü qar fevralın 4-dən davam edir. Əlverşsiz hava şəraitinə görə bir çox ərazilərdə avtomobilin hərəkəti və dəmiryolu xidmətləri dayandırılıb, 130-dan çox daxili aviareys ləğv edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər