13:53
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəisi Elnur Kələntərov “AZERA Holdinq” MMC-də vəzifəyə təyin olunub.

Teleqraf.com-un xəbərinə görə, o, holdinqin Biznesin İnkişafı Departamentinin rəhbəri vəzifəsinə təyinat alıb.

E.Kələntərov Teleqraf.com-a açıqlamasında yeni işindəki hədəflərini açıqlayıb: “Əsas işim şirkətin fəaliyyətində yeniliklər tətbiq etmək, yeni bazar imkanlarını araşdırmaq və satış mühitini inkişaf etdirmək olacaq”.

Onun rəhbərlik etdiyi departamentə 4 şöbə daxildir: satış, marketinq, ictimaiyyətlə əlaqələr və çağrı mərkəzi.

“Bu şöbələrin işini təşkil və fəaliyyətini koordinasiya edəcəm”, - E.Kələntərov söyləyib.

Qeyd edək ki, 2006-ci ildə təsis olunmuş “AZERA Holdinq” MMC (2024-cü ilin fevralına qədər : SARA İNVEST) Azərbaycanın holdinqlərindən biridir. Holdinqə səhiyyə, kənd təsərrüfatı, iaşə xidmətləri, kosmetologiya, qida, təhlükəsizlik sahələrində keyfiyyətli fəaliyyəti ilə seçilən 30-a yaxın şirkət daxildir.

E.Kələntərov 2022-ci ildə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi vəzifəsindən ayrıldıqdan sonra "For Azerbaijan" Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərirdi.

O, daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər