04:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Volodimir Zelenski Krımdakı üç muzeyə qarşı sanksiya tətbiq edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə fərman prezidentin saytında dərc olunub.

Belə ki, “Tauric Chersonesos” tarixi-arxeoloji muzey-qoruğu, Taurida Mərkəzi Muzeyi və Şərqi Krım tarix-mədəniyyət muzey-qoruğu sanksiyalar siyahısına salınıb.

Bundan başqa sanksiyalar siyahısına Sankt-Peterburqdakı Dövlət Ermitaj Muzeyi baş direktoru Mixail Piotrovski, muzey kolleksiyasının baş kuratoru Svetlana Adaksina və bir sıra digər muzey əməkdaşları da daxil edilib.

Sanksiya siyahısına Rusiya Federasiyasının mədəniyyət nazirinin birinci müavini Sergey Obryvalin və mədəniyyət nazirinin müavini Vladimir Osintsev, həmçinin Rusiya Elmlər Akademiyasının Krım Arxeologiyası İnstitutunun direktoru Vadim Mayko da salınıb.

Ümumilikdə 112 şəxsə qarşı sanksiya tətbiq edilib.


Müəllif: Arzu

Oxşar xəbərlər