Rusiya ümid edir ki, Avropa Ukraynaya nüvə silahı verilməsi məsələsinin müzakirəsinin absurdluğunu və təhlükəsini anlayır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Ümid etmək istərdim ki, Avropada indiki siyasətçilər nəslinin arzuolunmaz hala gətirdiyi vəziyyəti nəzərə alsaq, qitədə belə bir mövzunun müzakirəsinin absurdluğu və potensial təhlükəsi barədə hələ də bir qədər ayıq-sayıqlıq qalır”, - Peskov bildirib.