07:40
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənubi Afrika çox pis işlər görür. Ona görə də, Yohannesburqa getməyəcəm".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

Dövlət katibi Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçiriləcək G20-lərin sammitində iştirak etməyəcəyini bildirib.

"Cənubi Afrika özəl mülkiyyəti müsadirə edir və G20-lərin sammitindən öz təbliğatı üçün istifadə edir", - Rubio deyib.

Dövlət katibi qeyd edib ki, onun işi ABŞ-nin milli maraqlarını inkişaf etdirməkdir, vergi ödəyicilərinin pullarını israf etmək və ya anti-amerikanizmə can atmaq deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər