07:51
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində növbəti qarşılaşmalar baş tutacaq.

Teleqraf.com xəbər verir ki, günün açılış matçında “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək. FİFA referisi Elçin Məsiyevin idarə edəcəyi görüş saat 16:00-da başlayacaq.

Daha sonra “Qarabağ” “Səbail”in qonağı olacaq. Saat 18:30-da start götürəcək matçın baş hakimi Rauf Cabarovdur.

Qeyd edək ki, 1/4 final mərhələsinin ötən gün keçirilmiş oyunlarında “Neftçi” səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib, “Sabah” isə doğma meydanda “Sumqayıt”la qolsuz heç-heçəyə razılaşıb - 0:0.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

6 fevral


16:00. “Araz-Naxçıvan” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Rəhman İmami

Hakim-inspektor: Gülağa Cabarov

Liv Bona Dea Arena.

18:30. “Səbail” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Rəhim Həsənov

ASCO Arena.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər