"Teleqram" messencerinin təsisçisi, iş adamı Pavel Durovun işi yaxın bir il ərzində Fransada məhkəməyə verilməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Wired" nəşri məlumat yayıb .
Nəşrə danışan Paris prokurorluğunun nümayəndəsi Maylis de Rekkin sözlərinə görə, Durov iş məhkəməyə göndərilənə qədər Fransada qalmalı olacaq.
Nəşr qeyd edir ki, "Teleqram"ın qurucusu Fransa, Belçika və Cənubi Koreyanın hüquq-mühafizə orqanları ilə fəal əməkdaşlığını davam etdirir.