08:45
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika rəsmiləri ABŞ Prezidenti Donald Trampın Qəzza zolağına nəzarətin ələ keçirilməsi barədə bəyanatından şoka düşüblər. Onlar bu ideyanın həyata keçirilməsinin mümkünlüyünü əvvəlcədən qiymətləndirməyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” qəzetindəki məqalədə qeyd olunub.

“Prezident Tramp çərşənbə axşamı ABŞ-nin Qəzza zolağına nəzarəti ələ keçirmək təklifini açıqlayanda, Ağ Evin və hökumətin yüksək vəzifəli üzvləri belə şoka düşdü”, - məqalədə deyilir.

Nəşrin mənbələri Trampın ideyasının həyata keçirilməsinin mümkünlüyünü araşdırmaq üçün heç bir planlaşdırmanın həyata keçirilmədiyini bildiriblər.


Müəllif: Arzu

Oxşar xəbərlər