İsrail fələstinliləri öldürməyi dayandırarsa, Türkiyə bu ölkəyə qarşı mövqeyinə yenidən baxa bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan məlumat verib.
“Fələstinlilərin öldürülməsi dayandırılsa, onların vəziyyətini yaxşılaşdırmaq üçün addımlar atılsa, Türkiyə (İsraillə bağlı) qərarlarına yenidən baxa bilər. Mövqeyimiz aydındır”, - nazir deyib.
İsrail və HƏMAS arasındakı atəşkəs anlaşmasından danışan Hakan Fidan qeyd edib:
“İlk razılaşma ilə (Qəzzada) sakitlik hökm sürür. Hələlik onun şərtlərinə əməl edildiyi görünür.
Narahatlığımız ondan ibarətdir ki, (İsrail Baş naziri) Netanyahu girovları təhvil aldıqdan sonra Qəzzada müharibəni yenidən başlatmağa cəhd edə bilər”.
Xatırladaq ki, Türkiyə keçən il Qəzza zolağında HƏMAS-la apardığı müharibəyə görə İsraillə əlaqələri kəsib.