13:55
2 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Azərbaycan Hava Yolları (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin məlumatını şərh etmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, ilkin hesabatdır. Əlbəttə, bizim aidiyyəti qurumlarımız bunu böyük və lazımi diqqətlə öyrənəcəklər. Rusiya prezident administrasiyasının bu mövzuya münasibət bildirməsini mümkün hesab etmirik”, - Peskov deyib.

Qazaxıstan Nəqliyyat Nazirliyinin dünən açıqladığı hesabatda qeyd edilir ki, Azərbaycan Hava Yollarına məxsus “Embraer-190” təyyarəsi yer səthi ilə təmas edənədək xarici təsirə məruz qalıb.

Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər