Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Trampın Ər-Riyadın İsraillə normallaşma müqabilində Fələstin dövlətinin yaradılmasından imtina etməsi ilə bağlı iddiasını rədd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində bildirib.
“Səudiyyə Ərəbistanının Fələstinlə bağlı mövqeyi sövdələşmə predmeti ola bilməz, Fələstin xalqı beynəlxalq hüquqa uyğun olaraq öz qanuni hüquqlarını əldə etmədikcə, davamlı və ədalətli sülhün əldə edilməsi mümkün deyil. Bu durum ABŞ-nin keçmiş və indiki administrasiyalarına da izah edilib”, - qurum vurğulayıb.
ABŞ prezidenti bundan öncə Vaşinqtonda İsrail Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında “Ər-Riyad Təl-Əvivlə normallaşması üçün Fələstin dövlətinin yaradılmasını tələb edirmi” sualına belə cavab vermişdi: “Yox, belə bir tələbləri yoxdur”.