Gürcüstanın dövlət sərhədini qanunsuz keçən iki nəfər xarici ölkə vətəndaşı saxlanılıb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər “Kartsaxi” sərhəd-nəzarət məntəqəsindən yan keçməklə Türkiyə ərazisindən Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər.
Əcnəbiləri beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Faktla bağlı istintaq davam etdirilir.