11:27
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Prezidenti Əhməd Şəra fransalı həmkarı Emmanuel Makrondan qarşıdakı həftələrdə Parisə səfər üçün dəvət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriya liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, prezidentlər telefon danışığında Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaları da müzakirə ediblər.

Xatırladaq ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyanın müvəqqəti hökumətinə rəhbərlik edən Əhməd Şəra ilk xarici səfərlərini Səudiyyə Ərəbistanı və Türkiyəyə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər