İsrail Müdafiə Qüvvələri fələstinlilərin könüllü olaraq Qəzza zolağını tərk etmələri üçün plan hazırlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Katz bildirib.
“Fələstinlilərin çıxış imkanları olmalıdır. Plana quru, dəniz və hava yolları ilə çıxış üçün xüsusi şərtlər daxil olacaq. İsraili Qəzzada həyata keçirdiyi əməliyyata görə ittiham edən ölkələr hər bir Qəzza sakininin öz ərazilərinə daxil olmasına icazə verməyə borcludurlar”, - nazir qeyd edib.
Yanvarın 25-də ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyat nəticəsində evlərini itirmiş Qəzza sakinlərinin ərəb ölkələrinə köçürülməsini təklif etmişdi.