Gürcüstanda narkotik cinayətlərini törətməkdə ittiham olunan 22 nəfər saxlanılıb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, həmin şəxslərin 19-u narkotiklərin satışı ilə məşğul olub.
Saxlanılan şəxslərin Gürcüstan, Rusiya, Azərbaycan, Moldova və Türkiyə vətəndaşlarının olduğu qeyd edilib.
Həmin şəxslərin üzərilərinə və yaşayış evlərinə baxış zamanı külli miqdarda müxtəlif növ narkotik vasitələr, onların satışından əldə edilmiş pullar, yapışqan lentlər və elektron tərəzilər maddi sübut kimi müsadirə olunub.
Törədilmiş cinayət əməllərinə görə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.
Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.