09:51
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında Ukraynadan Rusiyanın Həştərxan vilayətinin Axtubinski rayonuna PUA hücumları dəf edilib. Dağıntı və tələfat yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Axtubinski meriyası məlumat yayıb.

“Gecə Ukrayna Silahlı Qüvvələri yenidən Həştərxan vilayətinin şimalına hücuma cəhd edib. Təhlükəsizlik qüvvələri planlaşdırıldığı kimi öz işlərini görüblər. Dağıntı və tələfat yoxdur”, - məlumatda deyilir.

Gecə saatlarında Axtubinski rayonunda PUA hücumu təhlükəsi elan edilib.

Bazar ertəsi də Həştərxan vilayətində yanacaq-energetika kompleksi də daxil olmaqla, bölgədə yerləşən bir sıra obyektlər Ukrayna pilotsuz təyyarələrinin hücuma məruz qalıb. Regionun rəhbəri İqor Babuşkin bildirib ki, PUA-lardan biri Həştərxan qaz emalı zavoduna çırpılıb. Qurum PUA hücumundan əvvəl fəaliyyətini dayandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər