1 Mart 2015 03:27
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın “Seqodnya” qəzetinin fotomüxbiri Sergey Nikolayev Donbasda əməliyyat zonasında separatçıların gülləsinə tuş gələrək, həyatını itirib.

Teleqraf.com-un “TASS”a istinadən məlumata görə, bu barədə “Seqodnya” qəzetinin internet səhifəsində informasiya yerləşdirilib.

“Donetsk vilayətində “Seqodnya” qəzetinin fotomüxbiri Sergey Nikolayev həlak olub. O Donetsk vilayətinin Peski yaşayış məntəqəsinin yaxınlığında atəşə məruz qalıb. “Seqodnya” qəzetinin və Segodnya.ua saytının redaksiyası Sergey Nikolayevin ölümü ilə əlaqədar dərin kədər hissi keçirir, onun qoyumları və yaxınlarına başsağlığı verir”, deyə məlumatda bildirilir.

Bundan əvvəl ölkənin şərqində atəşkəs rejiminin pozulması nəticəsində bir hərbçinin həlak olduğu bildirilirdi.


Müəllif:

Oxşar xəbərlər