2 Mart 2015 16:22
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya hökuməti vətəndaşlarına qarşıdurmaların davam etdiyi İraqın Mosul şəhərinə getməyi qadağan edib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə Avstraliya xarici işlər naziri Culi Bişop məlumat verib. O, qanuni və məntiqli məqsəd olmadan Mosula girişin və ya orada olmağın qanunlar çərçivəsində cinayət sayılacağını bildirib.

Bişop yerli hökumətin bununla avstraliyalıların Suriya və İraqdakı terror qrupları olmalarının qarşısını almağı düşündüyünü deyib.

Avstraliyadakı yeni tənzimləməyə görə, hökumətin qadağasına tabe olmayanlar 10 il həbs cəzasına məhkum ediləcək.

Samir


Müəllif:

Oxşar xəbərlər