Türkiyəyə istirahət etmək üçün gələn iki gürcüstanlı qadın fahişəlik edərkən tutulub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antaliyaya gələn Tamika S. ilə Manana G. adlı qadının bir müddət sonra pulları qutarıb.
Onlar Antaliyada tanış olduqları Arif H. və Xədicə D. ilə birlikdə Adanaya gəliblər. Qadınlara pul qazanmaq istəyirlərsə fahişəlik etmələri məsləhət görülüb. Təklifi qəbul edən gürcüstanlı qadınlar fahişəlik etməyə başlayıb. Hər dəfə müştəridən 300-400 Tl alan qadınlar pulun 80 faizini Arif və Xədicəyə verirlərmiş.
Hadisə ilə bağlı məlumat alan Adana polisi xüsusi əməliyyat keçirib. Polis müştəri qismində əvvəlcədən razılaşdırılmış məkanda onları gözləyib. Hadisə yerinə gələn iki gürcüstanlı qadın ilə Arif və Xədicə həbs edilib.
Gürcüstanlı qadınlar ölkədən deportasiya edilib, Arif H. və Xədicə D.haqqında isə istintaq başlayıb.
Rüstəm