Rusiya prezidenti Vladimir Putinə mövqeyini dəyişmək üçün təzyiq göstərmək cəhdləri tamamilə perspektivsizdir.
Teleqraf.com-un məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu bəyanatla çıxış edib.
"Biz dəfələrlə müxtəlif səviyyələrdə qeyd etmişik ki, Putinə təzyiq göstərmək cəhdləri və ya boyunduruq altında mövqeyini dəyişmək cəhdləri tamamilə perspektivsizdir" - deyə, Kremlin mətbuat katibi Qərbin sanksiyaları səbəbindən Rusiya öz mövqeyini dəyişə bilərmi sualına cavabında bildirib.
Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri bu gün Cenevredə keçirdiyi mətbuat konfransında sanksiyaların Rusiya iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir etdiyini, lakin Putinin mövqeyini dəyişdirmək üçün kifayət etmədiyini söyləyib.