Güclü küləklə müşaiyyət olunan qasırğa Balkan yarımadasında ciddi fəsadlar törədib.
Bosniya və Herseqovinada qasırğa bir nəfərin ölümünə səbəb olub.
200-dən çox ev elektriksiz qalıb, magistral yollar dağılıb.
20-dən çox adam subasma nəticəsində evini tərk edib.
Monteneqroda çovğun nəticəsində ölkənin şimalından keçən yollar bağlanıb.
Xorvatiyada da güclü külək və qar ciddi problemlər yaradıb./anspress/
Balkan ölkələri hələ də 80 adamın ölümünə, 140 min adamın ev-eşiyini tərk etməsinə səbəb olan daşqınların nəticəsini aradan qaldırmaqla məşğuldur.