27 Mart 2015 16:23
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Yəmən əməliyyatında hələlik qurudan hücum nəzərdə tutulmur.


Bu barədə Səudiyyə Ərəbistanın müdafiə nazirliyinin sözçüsü Əhməd Həsən Asiri deyib.

Onun sözlərinə görə, hava hücumları hədəfə çatana kimi davam edəcək: “Qurudan əməliyyatların keçirilməsi planı hələlik müzakirə mövzusu deyil. lakin lazım olacağı təqdirdə ordumuz buna da hazırdır”.

Müdafiə nazirliyinin sözçüsü əsas hədəfin Yəməndə hüquqi dövlətin bərpası olduğunu bildirib.

“Əməliyyatlar çox böyük planda aparılır və husilərin bütün gücləri məhv ediləcək. Bununla yanaşı, husilərə dəstək verən heç bir qüvvə ilə sülhdən söz gedə bilməz”, - deyə o bildirib.

Qeyd edək ki, Yəməndə iqtidara qarşı çıxan husilərə İran dəstək verir.

Bu aradan İran millət vəkili Alaaddin Burucerdi bölgədə yeni müharinənin anonsunu verib.

“Səudiyyə Ərəbistanının Yəməndə yandırdığı müharibə atəşi bütün bölgəyə yayılacaq”, - deyə iranlı deputat vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər