London polisi BBC-nin baş direktoru Toni Holun ünvanına təhdidlər haqqında məlumatı yoxlayır.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Hol “Top Gear” proqramının populyar aparıcısı Ceremi Klarksonu işdən azad edildikdən sonra təhdidlər almağa başlayıb. Klarksonun işdən azad olunmasına səbəb kimi onun proqramın prodüseri ilə əlbəyaxa mübahisəsi olub.
Yayılan məlumatlara görə, Hol və onun arvadı Oksfordşay qraflığındakı evlərində mühafizə olunurlar.
Samir