Əlində balta mağazanı soymağa çalışan şəxsi satıcılar yaxalayıb.
Avstraliyada baş verən hadisə zamanı satıcılardan biri oğrunun üzərinə hücum edib, əlindəki baltanı alır və onu yerə yıxır. Digər satıcı onun üzündəki maskanı çıxardıb. Mağazada olan üçüncü satıcı isə əlində dəyənəklə oğruya yaxınlaşaraq, ona tərpənməməsi ilə bağlı xəbərdarlıq edib.
Oğru polisə təhvil verilib.
Baş verənlər mağazada yerləşdirilmiş təhlükəsizlik kamerası ilə lentə alınıb.
Teleqraf.com həmin görüntüləri təqdim edir:
Samir