4 Aprel 2015 16:27
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda “Taliban” terror təşkilatına qarşı xüsusi əməliyyat keçirilib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi açıqlama verib. Bildirilir ki, hücumlar zamanı ən azı 13 talib öldürülüb, 12-i isə yaralanıb.

Rəsmilər hücumların Qəzni və Fərəh əyalətlərində baş tutduğunu, təşkilata məxsus bir sıra zirehli texnikanın yararsız hala gətirildiyini qeyd ediblər.

Samir


Müəllif: