7 Aprel 2015 20:41
2 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bunu Teleqraf.com-a açıqlamasında Yeni Türkiyə Araşdırmalar Mərkəzinin eksperti Orxan Qafarlı bildirib.

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehran ziyarəti iki ölkə arasında siyasi iqtisadi və strateji əməkdaşlığın inkşaf etdirilməsi baxımından önəm kəsb etməkdədir: "İki ölkə arasında münasibətlərin inkşaf etdirilməsi ilə bərabər Yaxın Şərq regionunda fikir ayrılıqlarının həll edilməsi, enerji sahəsində əməkdaşlıq müzakirə edilib. Ərdoğanı müşaiyət edən nazirlərin vəzifələrinə nəzər saldıqda müzakirə olunacaq məsələlər barədə fikir yürütmək mümkündür. Xarici işlər naziri Mövlud Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybekci, Gömrük naziri Nurettin Canikli, Enerji naziri Taner Yıldız, mədəniyyət və turizm naziri Ömer Çelik və inkişaf naziri Cevdet Yılmaz səfərdə iştirak ediblər. İrana qarşı sanksiyalar aradan qaldırılandan sonra Türkiyə bu ölkənin iqtisadiyyatında önəmli rol oynamağa çalışır. Başqa sözlə desək, Türkiyə 70 milyonluq İran bazarına sahiblənmək istəyir".

Ekspert qeyd edir ki, ərəb ölkələrinə münasibətdə İranla Türkiyə arasında fikirayrılığı mövcuddur: "İstər Suriya, İraq, istərsə də, Yəmənə münaisbətdə mövqelər haçalanır. Bu mövqelərin uzlaşdırılmasının vaxtı çatıb".

O.Qafarlıya görə, sanksiyalar aradan qaldırılandan sonra İran nefti və qazı Türkiyə üzərindən Avropaya daşına bilər: "Enerji naziri Taner Yıldız İranda bu məsələni həmkarı ilə müzakirə edəcək. İran qazı TANAP-la Avropaya daşına bilər. İran neftinin Cehyan üzərindən Avropaya daşınması mümkündür. Ən önəmli məsələ Türkiyənin İrandan 431 dollara aldığı qazın qiymətində endirim barədə razılığın əldə edilməsi olacaq. Türkiyə neft və qaz idxalını çeşidləməklə Rusiyadan asılılığı azaltmağa çalışır".

Ruslan


Müəllif:

Oxşar xəbərlər