Suriya prezidenti Bəşər Əsədə qarşı sərt tənqidlərlə yadda qalan suriyalı müəzzin Hadi Arvani Londonda öldürülüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 48 yaşlı Arvani Vembleydə avtomobilində güllələnib. Hadisə ilə bağlı polisə Arvaninin həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, əri bir neçə gün davam edən ölüm təhdidləri ilə bağlı dünən polisə şikayət edib.
Arvaninin yaxın qohumu tərəfindən öldürüldüyü iddia edilir.
Samir